RU
Lənkəranda məktəblilər qəza törətdi — 4 yaralı
21:40
666

Lənkəranda məktəblilər qəza törətdi — 4 yaralı

Lənkəranda məktəb şagirdləri qəza törədib.

7news.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə Aşağı Nüvədi qəsəbəsinə gedən yolda baş verib.

Sürücü nəqliyyat vasitəsinin idarəetməsini itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı arxa aşıb. Nəticədə Lənkəran şəhər 6 saylı məktəb-liseyin 4 nəfər şagirdi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəsarət alan şagirdlər bunlardır: Quliyev Rəsul, Məmmədli Rauf, Baxışzadə Elsevən və İbadzadə Rəşad. Yaralılardan biri sürücüdür.

Onların hamısının 16 yaşı var və eyni sinif şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ