RU
Lənkəranda “Mercedes”lə “Opel” toqquşdu - Yaralananlar var
18:40
391

Lənkəranda “Mercedes”lə “Opel” toqquşdu - Yaralananlar var

Lənkəranda iki minik avtomobil toqquşub, xəsarət alanlar var.
 
Hadisə Lənkəranın Zövlə  kəndi ərazisində  qeydə alınıb.
 
Kənd sakinləri- 1992-ci il təvəllüdlü Mirsəlam Əziz oğlu Abbaszadənin idarə etdiyi "Mercedes” markalı 99 GA 562 markalı avtomobillə 1966-cı il təvəllüdlü Seymur Əsədovun idarə etdiyi "Opel” markalı 42 BV 381 dövlət nömrə nişanlı avtomobil toqquşub. Güclü zərbə nəticəsində "Opel” elektrik dirəyinə çırpılıb və dirək aşıb. Nəticədə "Opel”-də olan iki nəfər xəsarət alıb və Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəsarət alanların qadın və azyaşlı olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ