Lənkəranda yol-nəqliyyat qəzası baş verib.
Hadisə sentyabrın 8-də saat 21.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 1955-ci il təvəllüdlü Aydın Qurban oğlu Səlimovun idarə etdiyi “VAZ-21074” markalı, 07 BD 366 dövlət nömrə nişanlı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılaraq onu aşırıb. Xəsarət alan olmasa da, güclü zərbədən minik avtomobili yararsız vəziyyətə düşüb.
Həmçinin elektrik dirəyinin aşması səbəbindən 3 yaşayış məntəqəsinin 2000-dən çox abonenti 1 saata yaxın işıqsız qalıb. Rayon Elektrik Şəbəkəsi əməkdaşlarının operativ müdaxiləsindən sonra evlərə elektrik enerjisinin verilişi bərpa olunub.
Faktla bağlı araşdırma aparılır./sia
7news.az








