RU
Lənkəranda piyadanı vuran sürücü hadisə yerindən qaçıb
22:19
427

Lənkəranda piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Lənkəranda piyadanın vurulması ilə nəticələnən  yol qəzası baş verib.

Hadisə bu gün 20.00 radələrində şəhərin Zərifə Əliyeva küçəsi ərazisində - "Starvay” şadlıq evinin qarşısında qeydə alınıb.

Sürücüsünün kimliyi hələlik məlum olmayan "VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən piyadanı, Lənkəranın Separadi kənd sakini, 1973-cü il təvəllüdlü İlqar Şərif oğlu Məcidovu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı ətrafdakılar tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilmiş zərərçəkmişə zəruri tibbi yardım göstərilsə də vəziyyətinin ağır olduğu bildirir.

Sürücü isə piyadanı vurandan sonra hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalara başlanılıb, polis tərəfindən istintaqdan yayınan sürücünün yaxalanması istiqamətində tədbirlər görülür./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ