RU
Lənkəranda qanunsuz ağac kəsən şəxs cəzalandırılıb
13:30
199

Lənkəranda qanunsuz ağac kəsən şəxs cəzalandırılıb

Lənkəran rayonu, Şağlaser kəndi ərazisində xüsusi mülkiyyətdə olan torpaq sahəsinin yaxınlığında ağac kəsintisi faktı müəyyən edilib.

Bu barədə 7News.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacın həmin torpağın mülkiyyətçisi Abasəli Feyzullayev tərəfindən kəsildiyi məlum olub:

"Faktla bağlı protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ