RU
Lənkəranda taksi sürücüsünün qətli ilə bağlı cinayət işi açılıb
22:20
446

Lənkəranda taksi sürücüsünün qətli ilə bağlı cinayət işi açılıb

İyulun 27-də rayonun Talışlı kənd sakini İlham Cavadovun yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Lənkəran rayon prokurorluğundan 7NEWS.Az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon sakini Elvin Hüseynzadənin taksi sürücüsü kimi fəaliyyət göstərən zərərçəkmişin avtomobilinə sərnişin qismində minib evə çatdıqdan sonra aralarında yaranmış mübahisə zamanı bıçaqla İlham Cavadova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və daha sonra evinin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Elvin Hüseynzadə şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə istintaq davam edir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ