RU
Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi
15:30
43

Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi

Lənkəran rayonunun Haftoni qəsəbəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Nazim Babayev tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində iki hektar ərazidə quru ot və kol-kos yanıb.

N.Babayev barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ