RU
Lənkəranda yol qəzasında
01:38
462

Lənkəranda yol qəzasında

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Siyavar kəndi ərazisində qeydə alınıb. Astara rayon sakini, 60 yaşlı Akif Əhmədov idarə etdiyi 10-VN-098 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Lənkəran rayon sakini Ruslan Nuriyevin idarə etdiyi H023-103 tranzit nömrə nişanlı "Ford" markalı avtomobil toqquşub.

"Mercedes" markalı avtomobilin sürcüsü A.Əhmədov hadisə yerindəcə keçinib. "Ford" markalı yük avtomobilinin sürücüsü R.Nuriyev ağır bədən xəsarətlərilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ