RU
Lənkəranda yük maşını dərəyə aşıb
00:58
272

Lənkəranda yük maşını dərəyə aşıb

Lənkəran-Lerik şose yolunun 23-cü km-də, Lerik rayonunun Piran kəndi ərazisində yol qəza hadisəsi baş verib.
 
"Shacman" markalı yük maşını ilə "VAZ-21011" markalı avtomaşın toqquşub.
 
Şahidlərin sözlərinə görə, hadisəni törətdikdən sonra yük maşınının sürücüsü digər sürücünün xəsarət alıb-almadığını öyrənmək üçün maşından enib. Lakin, üzüaşağı yolda dayanan yük maşınında əyləc sistemi sıradan çıxdığından nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzadan hər iki sürücü yüngül xəsarətlərlə qurtarsa da adı açıqlanmayan şirkətə məxsus yük maşını ciddi deformasiyaya uğrayıb./report
 
7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ