RU
18:00
492

"Ölənlər arasında azərbaycanlı yoxdur" - Peterburqdakı baş konsul

"Hadisə yerindən əldə edilən ilkin məlumatlara görə, Sankt-Peterburqda metro stansiyalarındakı partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

"Müvafiq xidmətlərlə əlaqədəyik və yeni məlumat olacağı təqdirdə xəbər veriləcək", - S.Qasımov bildirib. O, hadisə yerində istintaq qrupunun işlədiyini vurğulayıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ