RU
Ölənlərin sayı 574 nəfərə çatdı
12:17
872

Ölənlərin sayı 574 nəfərə çatdı

Ekvadorda baş vermiş yeraltı təkanlar nəticəsində həlak olanların sayı sürətlə artır.

7News.Az xarici mediaya istinadən bildirir ki, ən son məlumatlara görə, zəlzələ nəticəsində 574 nəfər dünyasını dəyişib. 1000-ə qədər ekvadorlu isə hələ də dağıntılar altındadır. Xilasetmə işləri əvvəlki sürətlə davam etdirilir. Polis və hərbçilərin də cəlb edildiyi xilasetmə əməliyyatları zamanı 4000-dən artıq insanın həyatı xilas edilib.

Bu arada, Böyük Britaniya, İrlandiya, Peru, Kanada, Kolumbiya və Kuba Ekvadora humanitar yardım göndərib. Ötən gün prezident Rafael Korrea dövlət televiziyası vasitəsiylə xalqa müraciət edib və bildirib ki, zəlzələnin ölkəyə vurduğu ziyanın aradan qaldırılması üçün vergilər 12%-dən 14%-ə qədər artırılır. Dövlət başçısı qeyd edib ki, təbii fəlakətdən əziyyət çəkmiş insanların vəziyyətinin yaxşılaşdırılması üçün bir dəfə olmaqla, maddi varlığı 1 milyon dolları aşan şəxslərdən 0.9% vergi tutulacaq. Bundan əlavə, aylıq məvacibləri 1000 dollardan artıq olan şəxslərin 5 günlük gəliri tutularaq, zəlzələnin fəsadlarının aradan qaldırılması üçün sərf olunacaq.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ