Lerik rayon Orand kəndində ötən gün baş vermiş qar uçqunu nəticəsində sağ qalmış Elcan Mustafayevin səhhəti normaldır.
Bu barədə Lerik Rayon mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilib ki, ötən gün uşaq şöbəsinə yerləşdirilən Elcan mütəmadi həkim nəzarətindədir: "Ötən gün gətirilərkən bütün müayinələri aparılıb, daim həkim nəzarətində saxlanılıb. Uşağın səhhətində heç bir problem aşkarlanmayıb, vəziyyəti normaldır. Yəqin ki, 2 gün ərzində evə buraxılacaq”.
Qeyd edək ki, ötən gün Orand kəndində baş vermiş qar yığının evin üstünə düşməsi nəticəsində 4 nəfər- Mustafayeva Şövkət (1961-ci il), Mustafayeva İlahə (1995-ci il), Mustafayev Zəhra Qasım qızı (2015-ci il), Mustafayev Uğur Qasım oğlu (2016-cı il) dünyasını dəyişib. Onlarla bir otaqda olsa da, E.Mustafayev sağ qalıb.//publika.az
7News.az








