RU
Lerikin deputatı və YAP sədri icra başçısına meydan oxuyur.....
18:59
889

Lerikin deputatı və YAP sədri icra başçısına meydan oxuyur.....

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirə Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,bu yaxınlarda işdən qovulan Cəlil Baxşıyevin də iştirakı Leriklilərdə hiddət doğurub.

AzToday.az-ın əldə etdiyi məlumata görə, Cəlil Baxşiyevin işdən çıxarılmasının səbəbi yol verdiyi maxinasiyalar olub. İddialara görə, uzun müddət Lerikdə əsas söz sahibi olan Cəlil Baxşıyev məktəblər üçün nəzərdə tutulan mebellər başda olmaqla digər məmulatları ünvana çatdırmayıb. Həmçinin, Lerikin Zuvand zonasında milyonluq "9 qardaş” adlı istirahət mərkəzinə sahib olan Cəlil Baxşıyevin başqa maxinasiyaları da Lerikin yeni icra başçısı Əkbər Abbasovun apardığı yoxlamalar nəticəsində üzə çıxıb. Yoxlamaların nəticələrinin hüquq-mühafizə orqanlarına verilib-verilməyəcəyi hələlik bilinmir…

YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev və deputat İqbal Məmmədovişdən qovulan və YAP da hec bir fəaliyyəti olmayan,əksinə YAP üzvlərinə yazılan mükafatları belə mənimsəyən Cəlil Baxşıyevi Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr edilmiş yubiley tədbirinəözləriylə gətirmələri rayon rəhbərliyini saymadıqlarını bir daha nümayiş etdirdilər.

Maraqlısı odur ki, Cəlil Baxşıyevin qohumu və deputat İqbal Məmmədovun yaxın adamı olan YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin bu vəzifəyə rüşvət müqabilində təyin olunması faktini Lerik sakinləri gözəl bilirlər.Çünki bir müddət rayona rəhbərlik edən Cəlil Baxşıyev YAP Lerik rayon təşkilatını sanki hərraca çıxarmışdı.Sədr olmaq istəyənlər 50.000 manat, müavin olmaq istəyənlər isə 30.000manat ona rüşvət verməliydilər.

 

Nəticədə hər bir işi rüşvət müqabilində görən Cəlil Baxşıyev ,hələ Səlim Müslümov nazir olduğu illərdə Lerikdə Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru vəzifəsində işləmiş və sonradan rüşvətxorluğa görə vəzifəsindən uzaqlaşdırılan Malik Mirzəyevi YAP Lerik rayon təşkilatına sədr təyin etdi.

Bəzi məmurlar dövlətin kasıb vətəndaşları üçün ayırdığı milyonlarla manatı müxtəlif maxinasiyalarla, dövlət sənədlərini saxtalaşdırmaqla talayırdılar.Nəticədə çoxları həbs edildi. Dövlətin sosial vəziyyəti minimal olan vətəndaşlarının durumlarının normallaşdırılması üçün ayırdığı "Ünvanlı Sosial Yardım”ların talandığı rayonlardan biri də Lerik rayonu olub.

Lerikdə rüşvətxor məmur kimi ad çıxaran Malik Mirzəyev nazirliyin elektron sisteminə də kələk gəlməyi bacara bilib. Belə ki, Malik Mirzəyev istədiyi şəxsin adını elektron sistemlə ÜSY alanların siyahısına salmağı bacarıb. Lerik rayonunda ünvanlı sosial yardım alan şəxslərin böyük əksəriyyəti iş yerləri, şəxsi biznesləri və fermer təsərüfatları olan şəxslər olub.(qlobal.az) Malik Mirzəyevin Lerikdə ÜSY-a tətbiq etdiyi 50/50 şərtini qəbul etməyənlər aylarla müəssisə önündə süründürməçiliyə məruz qalırdılar. Malik Mirzəyevin və yaxın ətrafının etdiyi maxinasıyalardan deputat İqbal Məmmədov və Cəlil Baxşıyev də xəbərdar idilər.Çünki rüşvətin çoxu onlara verilirdi.

Ölkə mətbuatında dəfələrlə bu barədə Lerik sakinlərinin şikayətləri işıqlandırılıb.Deyilənlərə görə,Malik Mirzəyevin siyahısında elə adamlar olub ki, aylıq gəlirləri 1500 manatdan artıq olmasına baxmayaraq illərlə sosial yardım alıblar. O cümlədən Lerik rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləyən işçilərin bir çox qohum əqrabaları, dost-tanışları və yaxınları da ünvanlı sosial yardımdan bəhrələnə biliblər.

Məlumatlarda vurğulanırdı ki, Lerik rayonunda 2367 şəxsə verilən ünvanlı sosial yardımın bir hissəsini qeyri- qanuni olaraq Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Malik Mirzəyevin yaxın ətrafı alaraq şəxsən direktorun özünə çatdırırdılar. İddiaya əsasən mərkəz direktoru Malik Mirzəyevin qohum- əqrabaları sosial yardım pullarını əsasən qonşu rayonların bankomatlarından çıxarıblar.

Deyilənlərə görə, Malik Mirzəyev və yaxın ətrafının ünvanlı sosial yardımın ilk 3 ayının alınması maxinasiyasında təxminən 360 min manatdan çox qazanc əldə ediblər. Bundan başqa rayonda soial alan şəxslərin bir çoxunun ünvanlı yardımının şişirdildiyi də qeyd olunub.

Lerik son 15 ildə əsasən 3 nəfərin nəzarəti altında olub.

 

1. Lerikli deputat İqbal Məmmədov - 15 ildir bu rayonun deputatıdır

2. Rövşən Bağırov - 13 il bu rayonun icra başçısı olub. Hazırda 2 ilə yaxındır Ağsu rayonunda icra başçısıdır.

3 Cəlill Baxşiyev – 15 il ki, Lerikdə icra başçısının müavini işləyib (Onun 1 il 4 ayında icra başçısını əvəz edib). Bu yaxınlarda vəzifədən azad edilib.

 

"15 ildən artıqdır bu rayon Neft şirkətinin keçmiş prezidenti Rövnəq Abdullayevin kurasiyası altında, Abdullayevin biznesmen tələbə yoldaşı, Milli Məclisin deputatıİqbal Məmmədov Rövşən Bağırovvasitəsilə idarə edilirdi. Obrazlı şəkildə desək, Lerikdə bu "üç muşketyorun" icazəsi olmadan quş quşluğu ilə uça bilmirdi.

• Lakin Prezidentİlham Əliyevinidarəetmə sahəsində başladığı köklü islahatlar bu rayondan da yan keçmədi.

• 29 aprel 2021-ci il tarixdə Lerik rayonundan uzaqlaşdırılanRövşən Bağırov Ağsurayonuna icra hakimiyyəti başçısı təyin edildi.

 

• Buna baxmayaraq sonrakı 1 il 4 ay ərzində də idarəçilik distant qaydada əvvəlki zəncirvari üsullarla həyata keçirilirdi.

 

• Bu müddət ərzində rayonun 1-ci şəxsinin səlahiyyətləriMəmmədov və Bağırovunsadiq silahdaşlarından olan, hər zaman adı qalmaqallarda hallandırılan icra hakimiyyətinin birinci müavini Cəlil Baxşıyevə həvalə edilmişdi.

 

• Dərə xəlvət, tülkü bəy strategiyası çox keçmədi süquta uğradıldı. Bu ilin 25 iyulunda 34 yaşlı Əkbər Abbasov Lerikə icra başçısı təyin edildi.

 

• Postu təhvil alan Abbasovdan ciddi islahatların aparılacağı gözlənilən idi.

 

Elə ilk gündən ulduzu 1-ci müavinilə barışmayan gənc icra başçısı onu məsafədə saxladı. Rəsmiyyətdə 1-ci müavin olsa da, faktiki həmin səlahiyyətdə olmadı.

Hər gün yüzlərlə sakini gecə saatlarınadək qəbul edən, kəndləri qarış-qarış gəzməyə başlayan Əkbər Abbasovun indiyədək rayonda heç bir kadr dəyişikliyi etməməsi müəyyən qədər narazılığa səbəb olmuşdu. Bu mənada yerli sakinlərin çoxsaylı çağırışlarına sosial mediada tez-tez rast gəlinirdi.

Artıq bu rayona da gözlənilən sevindirici xəbər gəldi.

Belə ki, İqbal Məmmədov və Cəlil Baxşiyevə bağlı olan vəzifəli şəxslərin işdən uzaqlaşdırılması prosesinə start verildi.

Lerik şəhər

Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri və müavini,(Hər ikisi YAP Lerik rayon təşkilatının sədrinin qohumu)

keçmiş başçının

köməkçisi və sürücüsü,

Qosmalian kənd əraziicra nümayəndəsi və müavini(Cəlil Baxçıyevin qohumları)işdən uzaqlaşdırılmış,

10-dan çox Ərazi Dairəsi üzrə İcra nümayəndəsinə şiddətli töhmət elan edilmişdi.

Kənd təsərrüfatı mütəxəssisi olanƏkbər Abbasovgörünür bar verməyən, digər ağaclara da təhlükə mənbəyinə çevrilən xəstə ağacların sanitar təmizləmə üsulunu idarəçiliyinə də tətbiq edərək əvvəlcə müaviniCəlil Baxşıyev və deputat İqbal Məmmədovunqol-budaqlarını kəsib uzaqlaşdırır.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ