Bu barədə icra hakimi vəzifəsinə yeni təyinat olacağı gözləntisi var.
Ona Lerikə uzun illərdir rəhbərlik etdiyi və limitin başa çatdığı deyilib. SOCAR rəhbəri Rövnəq Abdullayevin kadrı olan R.Bağırov "Dostluq” parkında uçurulan villası ilə ölkə rəhbərliyinin qəzəbinə tuş gəlmişdi.
Odur ki, Lerikə yeni təyinat olacağı bildirilir. R.Bağırovun isə harasa təyinat alacağı bilinmir. Onun SOCAR-da hansısa şöbəyə müdir gedəcəyi deyilir.
Üstəlik, icra başçısı Rövşən Bağırovla müavinləri - Cəlil Baxşıyev və Arzu Vəliməmmədova arasında qovğa qızışıb. İcra başçısı xanım müavini A.Vəliməmmədovanın yerinə başqa bir qadın müavini gətirmək istəyir.
Eyni zamanda 1-ci müavin Cəlil Baxşıyevin bəzi səlahiyyətlərini də gətirəcəyi həmin xanım müavinə verməyi planlaşdırır.
Bundan duyuq düşən müavinlər sıx birləşib və icra başçısına qarşı cəbhədə yer alıblar. C.Baxşıyev və Arzu Vəliməmmədovaya digər müavin Habil Məlikovun da dəstək verdiyi bildirilir.
Deyilir ki, hazırda üç müavin icra başçısına təzyiq göstərir. R.Bağırovu təhrik etməyə çalışırlar ki, yeni xanım müavin təyinatı fikrindən daşınsın.
Özəlliklə, A.Vəliməmmədova dirəniş göstərməkdədir. C.Baxşıyev isə öz hayındadır və səlahiyyətlərinin azalacağı üçün həmkarına dəstək verir. Əks halda icra başçısına qarşı çıxmazdı.
Belə ki, indiyə qədər heç də Baxşıyevlə Vəliməmmədovanın münasibətləri yaxşı olmayıb. H.Məlikovu da hər iki müavinə qarşı həmişə səngərdə olduğunu qeyd etmək olar. Lakin R.Bağırovun sözügedən planı hər üç müavini mehribanlaşdırıb.
Son xəbərə görə icra başçısı postuna Vəliməmmədovanın hazırlandığı bildirilir.
Lerik RİH-nin mövqeyini dərc etməyə hazırıq./politika.az
7News.Az








