7NEWS.az xəbər verir ki, Dünyanın hər yerində aksiyalar keçirən iqlim fəalları bu dəfə teatr səhnəsinə basqın ediblər. Ekoloqlar qrupu "Just Stop Oil” İngiltərənin paytaxtı Londonda keçirilən "Les Misérables” müziklini yarımçıq kəsərək səhnəyə çıxaraq pankart açıb. Dörd fəal səhnəyə özlərini zəncirlə bağlasa da, tamaşaçılardan bəziləri fəallara reaksiya verib. London polisinin verdiyi açıqlamada, xəbərin ardından hadisə yerinə gələn polis qrupunun 5 nəfəri saxladığı bildirilib.
7NEWS.az








