Bu il keçiriləcək "İnternational Champions Cup" turnirinin iştirakçıları müəyyənləşib.
Turnirdə 10 komanda mübarizə aparacaq. Bunlar "Lester", "Liverpul" "Çelsi", "Barselona", "Real", "Milan", "İnter", "Bavariya", PSJ və "Seltik"di.
Turnirə iyulun 23-ü start verilcək. Açılış matçında "Lester" "Seltik"lə üz-üzə gələcək. "Lester" iyulun 30-da PSJ, avqustun 3-də isə "Barselona" ilə qarşılaşacaq.
Qarşılaşmalar Şimalı Amerika və Avropada keçiriləcək.
7News.Az








