Marafon 21 kilometr olacaq.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 1-də Bakıda baş tutacaq “Bakı Marafonu 2016” ilə bağlı çağırış edib.
7News.Az xəbər verir ki, L.Əliyeva sosial şəbəkədəki səhifəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək marofon yarışlarını əks etdirən şəkil paylaşıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti şəkildə bunları qeyd edib:
“Hamını Bakı Marafonu 2016-ya qoşulmağa çağırıram!”.
Qeyd edək ki, “Bakı Marafonu 2016” mayın 1-də baş tutacaq. Marafon 21 kilometr olacaq. Marafona 16 yaşdan yuxarı hər kəs - şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Marafonda iştirak üçün müəyyən olunan vəsaiti ödəmək lazımdır. Fiziki şəxslər 20 AZN, korporativ şirkət adından iştirak edənlər isə 100 AZN ödəməlidir.
Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Marafonda 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN mükafata sahib olacaq.








