“Leyla Yunus Hollandiyada 1 200 000 evroya özünə ev alıb, hardan idi bu pullar?” “Əli Kərimli üçün heç bir milli dəyər qalmayıb. Bu adam siyasi dillə desək iliyinə qədər siyasiləşib. Bütün fəaliyyəti Azərbaycanın dövlət və millli maraqlarına zəbə vurmağa yönəlib. Ətrafında olan insanları da bu siyasətin qurbanına çevirib. Hər birinə boş vədlər verməklə və ən sonda xarici ölkədən "siyasi sığınacaq" almaq adı ilə insanları şirinlikləşdirici vədlərlə aldadır”. BunuSİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXC) sədr müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Əli Kərimli öz yaxın ətrafında olan qohum-əqrəbasına, əmisi uşaqlarına, yerlilərinə Fransada, Almaniyada və başqa Avropa ölkələrində siyasi sığınacaq verdirərək yaxşı və asan yaşamasını təmin etdirib: “Buna misal olaraq, Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovu, öz həmyerlisi Natiq Ədilovu, Qənimət Zahidi və s. göstərə bilərik. Ona görə də, bu gün Əli Kərimlinin Arif və Leyla Yunusların Hollandiyadan sığınacaq almasını dəstəkləməsini təbii qarşılamaq lazımdır. Əli Kərimli o insanları dəstəkləyir ki, həmin insanlar acıq və ya gizli şəkildə bütün fəaliyyətlərini Azərbaycan xalqının əleyhinə yönəldib. Yunusların bu xalq və dövlətə nifrətini heç kim gizlədə bilmirdi. Hətta özləri belə açıq şəkildə bəyan edirdi ki, ermənilərlə dost olmalıyıq və ermənilər indiki vəziyyətdə Bakıya gəlməlidilər”. N.Orduxanlı əlavə edib ki, yunuslara erməni diasporası küllü miqdarda maliyyə vəsaiti ayırırdı ki, Azərbaycanın ictimai və siyasi həyatında olan insanları "xalq diplomatiyası" adı ilə İrəvana səfərlər təşkil etsin: “Leyla Yunus da bu layihə üçün fəaliyyət proqramlarının olduğunu və bu istiqamətdə canla-başla işlər gördüyünü etiraf edirdi. Elə həmin vəsaitin hesabınadır ki, bu gün Leyla Yunus Hollandiyada 1 200 000 avro dəyərində özlərinə mülk alıblar. Hardan idi bu pullar? Bu pulları Azərbaycan xalqının və dövlətinin əleyhinə düşmən kimi iş görərək qazanmışdılar. Əli Kərimlinin də belə bir adamlara dəstək verməsini tam təbbi qarşılmaq lazımdır. Çünki özüdə bu işləri görən adamdır”.
7News.Az








