Mərkəzi Amerikada ölkərində "Neyt" tropik qasırğa 25 nəfərin ölümünə səbəb olub.
Bu barədə yerli NTN24 kanalı məlumat yayıb.
Məlumata əsasən, Nikaraqua və Kosta-Rika 22 nəfər ölüb. Daha üç nəfər isə Hondurasda təbii fəlakətin qurbanı olub.
Bundan əvvəl ölənlərin sayının 15 nəfər olduğu barədə xəbər yayılmışdı.
Nikaraquada çaylar məcrasından çıxıb. Hakimiyyət bütün ölkədə həyəcan elan edib və məktəblər bağlanıb. Kosta-Rikada isə fövqəladə vəziyyət elan olunub və həmçinin bütün təhsil müəssisələri bağlanıb.
7news.Az








