RU
Lider TV-nin aparıcısı Almaniyaya mühacirət etdi
14:15
1210

Lider TV-nin aparıcısı Almaniyaya mühacirət etdi

O, “Dünya”, “Space” və “ANS” televiziyalarında da çalışıb.

Azərbaycanlı jurnalist Almaniyaya mühacirət edib.

Adil Məmmədov adlı jurnalist 2015-ci ilin son aylarında Azərbaycanı tərk edərək, Almaniyaya gedib və oradan sığınacaq istəyib.

Onun ölkəni tərk etməsinin səbəbləri dəqiq bilinmir.

Məlumat üçün bildirək ki, A.Məmmədov “Dünya”, “Space” və “ANS” televiziyalarında çalışıb. Ən son isə o, Lider TV-nin “Səda” informasiya buraxılışında müxbir, “Bizim Səda” verilişinin isə aparıcısı olub. Lakin jurnalist 2015-ci ildə Lider TV ilə yollarını ayırıb./aznews

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ