RU
Liftdə qalan uşaqlar belə xilas edildi - Video
12:30
116

Liftdə qalan uşaqlar belə xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 
Ətraflı

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib. Bakı şəhər, Yasamal rayonunda bağlı qapı arxasında aşkar edilən 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Bakı şəhərinin Xəzər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində baş verən yanğın hadisəsi zamanı yanan avtomobildə aşkarlanan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
 

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ