"LinkedIn" bu il işdən çıxarmaların ikinci turunu elan etdi. "Microsoft" mühəndislik, məhsul, istedad və maliyyə komandalarından təxminən 668 əməkdaşını ixtisar edir.
7NEWS.az xəbər verir ki, "LinkedIn" may ayında 716 nəfəri işdən çıxarmağı və Çində iş axtarışı proqramını bağlamağı planlaşdırdığını açıqlamışdı. LinkedIn 2023-cü ildə texnoloji sənayedə geniş miqyaslı ixtisarlar səbəbindən bu il təxminən 1400 iş yerini ixtisar edəcək.
7NEWS.az








