RU
Lionel Messi:
20:30
432

Lionel Messi: "Heç bir bəhanəyə yer yoxdur"

"Heç bir bəhanəyə yer yoxdur. Biz həmişəkindən daha sıx birləşəcəyik. Komandamız güclüdür və bunu göstərdik".

7NEWS.Az-ın məlumatına görə, bunu Argentina millisinin kapitanı Lionel Messi Qətərdəki dünya çempionatında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzduqları C qrupunun ilk tur oyunundan sonra deyib.

35 yaşlı futbolçu bu məğlubiyyəti gözləmədiklərini bildirib: "Uzun müddətdir qarşılaşmadığımız bir vəziyyətdir. Bizim üçün ağır zərbə oldu. Amma əsl komanda olduğumuzu göstərməliyik".

Qeyd edək ki, Argentina yığmasının yeganə qolunu penaltidən Lionel Messi vurub.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ