Litva prezidenti Gitanas Nauseda Belarusla sərhəddə təhlükəsizlik tədbirlərini artırdıqlarını və sərhədi bağlamağa hazır olduqlarını bildirib.
7NEWS.az xəbər verir ki, Litva prezidenti Gitanas Nauseda Polşanın baş naziri Mateuş Moravetski ilə birgə mətbuat konfransında deyib: "Biz Belarusla sərhədi bağlamağı düşünürük, lakin bunu Polşa və Latviya ilə əlaqələndirmək lazımdır".
Nauseda sərhəddə təhlükəsizlik tədbirlərinin artırılması qərarına səbəb kimi özəl hərbi şirkətin "Vaqner”in Belarusda yerləşdirilməsini göstərib.
7NEWS.az








