RU
Litva Transxəzər nəqliyyat marşrutuna
16:03
260

Litva Transxəzər nəqliyyat marşrutuna

Ukrayna və Litva "Vikinq" konteyner qatarının Avropadan Azərbaycan və Qazaxıstan ərazisilə Çinədək olan Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə qoşulması barədə memorandum imzalayıb.

7News.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Arseniy Yatsenyuk deyib.

Onun sözlərinə görə, Litva ilə Transxəzər marşrutunun "Vikinq" layihəsi ilə birləşməsi barədə memorandumun imzalanması o deməkdir ki, "İpək" yoluna təkcə Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Çin deyil, həm də Aİ ölkələri qoşulacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ