RU
Livan-İsrail sərhədində qarşıdurma: 1 Hizbullah üzvü öldü
15:30
39

Livan-İsrail sərhədində qarşıdurma: 1 Hizbullah üzvü öldü


Hizbullah, İsrail ordusu ilə qarşılıqlı hücumların 30 gündür fasilələrlə davam etdiyi Livan sərhədində daha bir üzvünün öldürüldüyünü açıqlayıb.

7NEWS.az xəbər verir ki, Hizbullah Livanın cənub sərhədində 30 gündür davam edən qarşıdurmalarda itkiləri ilə bağlı yeni açıqlama verib. Açıqlamada Riyan Yusuf Dərviş adlı Hizbullah üzvünün həyatını itirdiyi bildirilib. Hizbullahın bəyanatında təfərrüatlı məlumat paylaşılmayıb. Beləliklə, oktyabrın 8-dən Livan-İsrail sərhədində davam edən qarşıdurmalarda ölən Hizbullah üzvlərinin sayı 61-ə yüksəlib. Bundan əlavə, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrailin Livan sərhədində yerləşən Nakura və Lebveniyye şəhərlərinin ətrafını ağır artilleriya atəşi ilə vurduğu qeyd edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ