Livanda vətəndaş müharibəsi zamanı girov götürülən amerikalı jurnalist Terri Anderson 76 yaşında vəfat edib. Andersonun ölümünü qızı elan edib.
7NEWS.az xəbər verir ki, Amerikalı jurnalist Terri Anderson bazar günü, aprelin 21-də 76 yaşında vəfat edib. Anderson 1975-1990-cı illər arasında davam edən Livan Vətəndaş Müharibəsi zamanı girov götürülüb və təxminən 7 il girov saxlanılıb. Andersonun ölümünü onun qızı Sulome Anderson elan edib. Atasının Nyu Yorkun Qrinvud Leyk bölgəsindəki evlərində öldüyünü açıqlayan Sulome Anderson ölüm səbəbi ilə bağlı məlumat verməyib.
7NEWS.az








