Livanın Baalbek rayonundakı miqrant düşərgəsində yanğın baş verib. Hadisə zamanı 31 yaşlı suriyalı qadın və 5 yaşlı uşağı ölüb.
7NEWS.az xəbər verir ki, Livanın Baalbek rayonunun Arsal qəsəbəsində miqrantların yaşadığı düşərgədə yanğın baş verib. Yanğın zamanı iki nəfər ölüb. Livanın dövlət agentliyi NNA-nın məlumatına görə, bu gün səhər tezdən Şafak qaçqın düşərgəsindəki çadırlarda baş verən yanğın nəticəsində 31 yaşlı suriyalı qadın və 5 yaşlı uşağı ölüb. Yanğının səbəbi hələ müəyyən edilməyib.
7NEWS.az








