Livanın paytaxtı Beyrutda Səudiyyə Ərəbistanı vətəndaşı fidyə müqabilində qaçırılıb.
7NEWS.az xəbər verir ki, Səudiyyə Ərəbistanı televiziyasının xəbərinə görə, qaçırılan şəxsin azad edilməsi üçün 400 min dollar fidyə istənilib. Səudiyyə Ərəbistanına məxsus "Əl Akhbariyye” televiziyası adı açıqlanmayan Səudiyyə vətəndaşının mayın 28-də naməlum şəxslər tərəfindən Beyrut şəhərinin mərkəzində avtomobilə zorla mindirildiyini bildirib.
7NEWS.az








