RU
Livandan İsrailin şimalına raket atılıb
11:40
21

Livandan İsrailin şimalına raket atılıb

İsrailin şimalında, Livanla sərhəddə yerləşən Yuxarı Qaliley yaşayış məntəqəsi aprelin 3-də səhər saatlarında raket zərbələrinə məruz qalıb.

Bu barədə "Newsru.co.il” məlumatı yayıb.

Bildirilib ki, raketlər Livan ərazisindən atılıb.

Livan mənbələrinin yaydığı məlumata görə, İsrail Müdafiə Ordusu ölkənin cənubunda Ayta aş-Şaab və Ramia rayonlarına zərbələr endirib.

Dağıntılar, itkilər və xəsarət alanlar barədə məlumat yayılmayıb.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ