"Liverpul" ciddi itki ilə üzləşib.
7News.az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, klubun hücumçusu Kristian Benteke zədələnib.
O, 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bentekenin Belçika yığmasının düşərgəsində zədələndiyi bildirilir.
Qeyd edək ki, Benteke 2015-ci ildə "Aston Villa"dan "Liverpul"a transfer olunub.
7News.az








