Liviya Müdafiə Nazirliyinə bağlı Neft Obyektlərinin Mühafizəsi bütün neft yataqlarının və neft ixrac edən limanların bağlandığını elan edib.
7NEWS.az xəbər verir ki, Liviya Əl-Əhrar televiziyasının xəbərinə görə, Liviya Neft Obyektləri Mühafizəsi ölkədəki neft yataqları və limanlarının bağlandığını elan edərək, obyektlərin yenidən açılması üçün şərtlərin yerinə yetirilməsini tələb ediblər. Neft Obyektlərinin Mühafizəçiləri də şərtlərə əməl edilmədiyi təqdirdə hüquqlarını məhkəmə yolu ilə axtaracaqlarını bildiriblər.
7NEWS.az








