Liviyada selin böyük dağıntılara səbəb olduğu Derna şəhərindəki etirazlar zamanı vəzifəsinin dayandırıldığı açıqlanan bələdiyyə sədrinin evi yandırılıb.
7NEWS.az xəbər verir ki, sentyabrın 10-da bazar günü Liviyanı vuran və minlərlə insanın ölümünə səbəb olan daşqından sonra ölkənin şərqindəki Derna şəhərində etiraz aksiyaları keçirilib. Seldən ən çox zərər çəkən bölgələrdən biri olan Dərnədə yüzlərlə insan küçələrə çıxaraq səlahiyyətlilərə reaksiyalarını bildirib. Nümayişçilər dünən axşam saatlarında daşqın zamanı Derne Bələdiyyə Başçısı olmuş Əbdülmenam Əl Qaytinin evini yandırıblar.
7NEWS.az








