7NEWS.az xəbər verir ki, Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid əl-Dibeybe Facebook hesabından verdiyi açıqlamada, "Fəlakətdən əziyyət çəkən şəhərlərdəki ağrılı vəziyyəti nəzərə alaraq, ölkə daxilində ibtidai və orta təhsil müəssisələrində təhsili 10 gün müddətinə dayandırmağa qərar verdim. " dedi. Bu bölgələrdəki tələbələrin təhsilə qayıtması üçün Təhsil Nazirliyinə plan hazırlamağı tapşırdığını deyən Dibeybe təhsil üçün müvəqqəti mərkəzlərin yaradılacağını da qeyd edib.
7NEWS.az








