RU
Liviyada selin yaratdığı böyük dağıntının PEYK GÖRÜNTÜSÜ
14:00
82

Liviyada selin yaratdığı böyük dağıntının PEYK GÖRÜNTÜSÜ

Liviyada baş verən "Daniel" qasırğasının yaratdığı daşqınlarda 5300 insan həyatını itirib, 10 mindən çox insan itkin düşüb. 

7News.Az xəbər verir ki, Liviyaya təsir edən böyük daşqın fəlakətinin yaratdığı dağıntılar peyk görüntülərində də əks olunub.

Yunanıstan, Türkiyə və Bolqarıstanda çoxlu sayda insanın həyatına son qoyan "Daniel” qasırğası sentyabrın 10-da Afrika ölkəsi Liviyada fəlakətə səbəb olub. 

Qasırğadan sonra baş verən sel bir çox şəhəri dağıdıb. Ölkənin şərqinə ən çox ziyan vuran seldə həyatını itirənlərin sayı durmadan artır. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ