RU
Liviyanın hasilatı bərpa etməsi Brent markalı neftin qiymətini aşağı salıb
17:13
45

Liviyanın hasilatı bərpa etməsi Brent markalı neftin qiymətini aşağı salıb


7NEWS.az xəbər verir ki, Cümə günü 79,73 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 78,56 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09,57-də bağlanış vaxtı ilə müqayisədə 0,36 faiz azalaraq 78,28 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 73,03 dollara satılıb. Neftin qiymətinin azalmasına Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan Liviyanın Şərara neft yatağında hasilatın bərpası səbəb olub.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ