Liviya Milli Birlik Hökuməti ölkənin şərqində müxtəlif bölgələrdə baş verən sel fəlakəti nəticəsində 2 nəfərin həyatını itirdiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, hökumət sözçüsü Muhammed Hamude ölkədə yayımlanan "Liviya əl-Əhrar" televiziyasına açıqlama verib. Sel fəlakəti zamanı ölkənin şərqində 2 nəfərin həyatını itirdiyini bildirən Hamude ölümlərin hansı şəhərlərdə baş verdiyi barədə məlumat verməyib. Hamude bildirib ki, əlverişsiz hava şəraitindən ən çox təsirlənən bölgələr ölkənin şərqindəki "Sahil Cebel əl-Ahdar" və "Tukra"dır.
7NEWS.az








