RU
Liviyanın xarici işlər naziri israilli həmkarı ilə görüşdən sonra istefaya göndərilib
16:20
109

Liviyanın xarici işlər naziri israilli həmkarı ilə görüşdən sonra istefaya göndərilib



Liviyanın xarici işlər naziri Necla Mangush israilli həmkarı Eli Cohen ilə qeyri-rəsmi görüşdən sonra vəzifəsindən uzaqlaşdırılıb.

7NEWS.az xəbər verir ki, xarici işlər naziri Necla Manquşun israilli həmkarı ilə Liviyada görüşü ölkəni qarışdırdı. Fələstin davasını dəstəkləyən və İsraili tanımayan Liviyada iki nazir arasında keçirilən görüş böyük əks-səda doğursa da, Liviyanın baş naziri Əbdülhəmid Dibeybe xarici işlər naziri Manquşu vəzifəsindən azad edib. Baş nazir Dibeybe Liviya Nümayəndələr Palatasının sözçüsü tərəfindən dövlətə xəyanətdə ittiham olunan Manquşla bağlı araşdırma aparılmasına göstəriş verib. İsrailin xarici işlər naziri Eli Koen Manquşla görüşünü ölkələr arasında əlaqələrin qurulması çərçivəsində atılmış "tarixi addım” kimi qiymətləndirərək, keçən həftə İtaliyanın paytaxtı Romada keçirilən sammit zamanı təsadüfən görüşdüklərini və diqqət mərkəzində olduqlarını bildirib. Koen həmçinin əlavə edib ki, görüş zamanı İsrailin humanitar yardımı, kənd təsərrüfatı, su idarəsi, sinaqoq və qəbiristanlıqların təmiri də daxil olmaqla Liviyada yəhudi irsinin qorunmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Prezident Şurası bəyan edib ki, İsraillə münasibətlərin normallaşdırılması qanunsuzdur.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ