Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Lökbatan qəsəbəsindən qeydə alınıb. Qəsəbə sakini Abbas Muradov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Xəyal Talıbzadə tutulub.
7news.az








