RU
Ölkə İran raket proqramından
15:18
898

Ölkə İran raket proqramından

İranın xarici işlər naziri bildirib ki, onun ölkəsinin raket proqramı Birləşmiş Ştatlarla danışıqların predmeti ola bilməz.

"Raket proqramı və İslam Respublikasının "müdafiə" qabiliyyəti danışıqlar mövzusu olmayacaq" - deyib Məhəmməd Cavad Zərif estoniyalı həmkarı Marina Kaljurandla görüşündən sonra.

O əlavə edib ki, Vaşinqton Yaxın Şərqdə müdafiə məsələlərindən, həqiqətən də, narahatdırsa, Səudiyyə Ərəbistanı və İsrailin silahla təchizatına son qoymalıdır. "The Guardian" yazır ki, Səudiyyə Ərəbistanı ötən ilin mart ayından bəri Yəməndə İran tərəfindən dəstəklənən şiə qiyamçılara qarşı hərbi əməliyyatlar aparır. İran, həmçinin anti-İsrail silahlı qruplaşmaları dəstəkləyir./musavat.com

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ