RU
ÖLKƏ TARİXİNDƏ İLK: Şahzadə edam edildi - VİDEO
13:28
492

ÖLKƏ TARİXİNDƏ İLK: Şahzadə edam edildi - VİDEO

Küveytdə kral ailəsi olan Əl-Sabahın şahzadələrindən biri edam edilib.

7News.az xəbər verir ki, bu barədə məlumatıa dövlət xəbər agentliyi olan KUNA yayıb. Şahzadənin edam edilməsinə səbəb onun qəsdən adam öldürmək maddəsi ilə ittiham edilməsidir.

Beləliklə də bu edam cəzası kral ailəsinin üzvünə verilən ilk edam kimi tarixə düşüb. Şahzadə Faysal Abdullah Əl Caber Əl Sabahla eyni gündə daha 6 məhkum Küveytdəki mərkəz həbsxanasında edam edilib. 

Şahzadənin öldürdüyü şəxsin də kral ailəsinin üzvü olduğu və hadisəni 2010-cu ildə törətdiyi vurğulanır. 

Edam edilənlər arasında ərinin ikinci evliliyini gerçəkləşdirdiyi toya hücum edərək çox sayda insanı öldürən qadın da olub. 

Adının Nusra Əl Enezi olduğu bildirilən qadın ərinin ikinci dəfə evlənməsinə razı olmayıb və toy çadırını atəşə tutub. Nəticədə 40-dan çox insan ölüb ki, onların da arasında qadın və uşaqlar da olub. 

Şahzadə ilə birlikdə edam edilən digər məhkumlar Benqladeş, Misir, Efiopoya və Filippin vətəndaşlarıdır. Onlar insan qaçırmaq, təcavüz kimi cinayətlərə görə edama məhkum ediliblər. 

Qeyd edək ki, son 4 ildə ölkədə heç bir edam qərarı icra olunmamışdı. //Cebhe.info



7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ