RU
Ölkə yas içindədir - 3 günlük matəm elan edildi
16:00
517

Ölkə yas içindədir - 3 günlük matəm elan edildi

Kosta-Rikada sərnişin avtobusunun yoldan çıxaraq uçuruma aşması nəticəsində 12 nəfər dünyasını dəyişib.

Sinçona qəsəbəsi yaxınlığında baş verən qəzada  15 nəfər yaralanıb. Onlardan 12-nin vəziyyətinin ağır olduğu bildirilir. 15 metr hündürlükdən yerə çırpılan avtobusda ümumilikdə 31 nəfərin olduğu açıqlanıb. Əksəri təqaüdçülər olan sərnişinlər hinduların yaşadığı Maleku qoruğuna gedirmiş.

Prezident Luis Giyermo Solis faciə ilə bağlı ölkədə 3 günlük matəm elan edib. Hadisənin səbəbləri araşdırılır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ