RU
18:00
1327

"Ölkə.Az"-ın jurnalisti Qarabağ döyüşlərini obyektiv işıqlandırdığına görə mükafata layiq görüldü

26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Xocavənd rayonunda Müdafiə Nazirliyi və Xocavənd rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Bayram tədbirində Ölkə.Az saytının xüsusi müxbiri Səxavət Məmməd Qarabağ müharibəsi tarixinin obyektiv şəkildə araşdırılması istiqamətində gördüyü işlər və eyni zamanda 01-04 aprel 2016-cı il tarixli döyüşlərin geniş ictimaiyyətə obyektiv və operativ şəkildə çatdırılması fəaliyyətinə görə xüsusi mükafata layiq görülüb. Mükafatı Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və General-mayor Mais Bərxudarov Səxavət Məmmədə təqdim edib.

Qeyd edək ki, Ölkə.Az saytında I Qarabağ müharibəsi, aprel döyüşləri və döyüşlərdən sonra cəbhədəki vəziyyətlə bağlı silsilə məqalələr dərc edilib.

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ