Hərbi müsiqiçi olan Yeon 2008-ci ildə ölkəsindən qaçmağa nail olub. O, Qış Olimpiya Oyunlarında böyük marağa səbəb olan "ponpon qızlar"dan Şimali Koreyada siyasətçilər seks köləsi kimi istifadə etdiklərini bildirib.
"Bloomberg"ə danışan Yeon "Kənardan baxdıqda hər şey əyləncəli bir şounun parçası kimi görünürlər. Amma onlar məcburi şəkildə əyləncə tədbirlərinə aparılaraq Şimali Koreyanın siyasətçiləri ilə cinsi əlaqəyə məcbur edilirlər" deyib.
"Gözəllər ordusu"nun rejim tərəfindən əyləncə gecələrinə aparılaraq seks köləsi kimi istifadə olunduğunu iddia edən Lee So "İstəsələr də, istəməsələr də buna məcbur edilirlər" deyə qeyd edib.
Yeon bildirib ki, Şimali Koreyada qadınlarla bağlı insan haqqları kobud şəkildə pozulur, Olimpiada da görünən mənzərə isə sadəcə dünyanı aldatmaq üçündür.
Onun sözlərinə görə, sadəcə "ponpon qızlar" deyil, idmançıların da Şimali Koreya lideri Kim Yonq-Un tərəfindən köləyə çevirilib: "Ponpon qızlar" uzun araşdırmalardan sonra seçilir. "Gözəllər ordusu"na girənlərə maaş vermirlər. 24 saat nəzarət altında saxlanılırlar. Səhv bir hərəkət edənlər həbsxanaya göndərilir./fanat
7News.az








