RU
Ölkədə hasil edilən əmtəəlik qaz həcmi AÇIQLANDI
17:50
3494

Ölkədə hasil edilən əmtəəlik qaz həcmi AÇIQLANDI

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 6 milyard 836,8 milyon ton təbii qaz hasil olunub.

7News.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkəmizdə təbii qaz hasilatı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artıb.

 

İlin ilk iki ayı ərzində Azərbaycanda 5 milyard 102,8 milyon ton həcmində əmtəəlik qaz hasil edilib ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çoxdur.

Qeyd edək ki, bu dövr ərzində neft-qaz sektoru üzrə 4 milyard 389,7 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib və bununla da iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5 faiz azalıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ