RU
Ölkəmizə təzyiq etməyə çalışırlar`
17:15
1091

Ölkəmizə təzyiq etməyə çalışırlar`

“İnsan Haqları üzrə İşçi Qrupunun fəaliyyətinə ləkə yaxmağa çalışırdılar. Amma bu, mümkün olan məsələ deyil. İnsan haqları qlobal problemdir. Biz bu məsələyə diqqətlə yanaşırıq”

 

7news.Az xəbər verir ki, bunu Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri, İnsan Haqları üzə İşçi Qrupunun həmsədri Səməd Seyidov deyib.

O, bildirib ki, Azərbaycana qarşı bəzi qüvvələr insan haqlarından istifadə edərək təzyiq etməyə çalışırlar: “Azərbaycanda aparılan siyasət, qanunun aliliyi onların iddialarını əllərindən alır. Ölkəmizdə insan haqlarının qorunması ilə bağlı mühüm addımlar atılır. Biz kiməsə xoş gəlmək üçün demokratik dəyərlərə qiymət vermirik. Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri də insan haqlarının qorunmasıdır. İnsan haqlarından istifadə edərək dövlətlərə təzyiq edilməməlidir”.

İşçi Qrupunun həmsədri qeyd edib ki, 2015-ci ilin martın 15-də imzalanan əfv fərmanı ilə 101 nəfər, 2015-ci ilin dekabrın 28-də imzalanan əfv fərmalı ilə 210 nəfər, 2016-cı ilin martın 17-də imzalanan əfv fərmanı ilə isə 148 nəfər azadlığa buraxılıb: “Ümumilikdə, əfv fərmanı ilə 459 nəfər azad edilib. Bu istiqamətdə İnsan Haqları üzrə İşçi Qrupunda təmsil olunan qeyri-hökumət təşkilatlarının işi təqdirəlayiqdir”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ