Sabiq helikopter pilotu Ceyn Klarkı Britaniya mediası ölkənin "ən qlamur nənəsi" adlandırır.
7News.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Surrey qraflığındakı Eşer şəhərində yaşayan Ceyn Klark 5 nəvənin nənəsidir. Bundan başqa, miss Ceyn həm də əkiz qızların anasıdır.
Onun Nora və Marqaret adlı 9 yaşlı əkiz qızları var.
Ceyn Klark onları 51 yaşında dünyaya gətirib.
Ceynin əri, ondan 14 yaş kiçik Martinin dediyinə görə, xanımı yaşına görə çox gənc təsir bağışlayır.
"Onun belə gənc qalması mənə də xoşdur. Ceyn çox şəfqətli, həlim, qayğıkeş insandır", - Martin söyləyib.
Ceyn Klarke isə söyləyir ki, onu çox zaman 29 yaşlı qızı Cülyettanın bacısı hesab edirlər.
"Cülyettanın 15 aylıq qızı Nayları gəzintiyə çıxaranda mənə "nə gözəl qızınız var" deyənlər az deyil. Yaşıma görə gənc göründüyümü bilirəm. Gəncliyin sirri sadədir. Gün ərzində çox su içirəm, sağlam qidalanıram, idmanla məşğul oluram. Amma şampan şərabını, əylənməyi də sevirəm", - Ceyn Klark söyləyib.








