Bərbər deyərkən, adətən ağıla heç vaxt qadınlar gəlmir.
Türkiyənin Dənizli şəhərində fəaliyyət göstərən salonlardan birinə daxil olan kişiləri, bərbər qiyafəsində zərif cinsin nümayəndələri qarşılayır.
Gülsüm Dinç və Fadim Şahan adlı qadınlar iki ildir ki, bərbər kimi fəaliyyət göstərirlər. Bu işi seçmələrinin isə maraqlı səbəbi var. Qadın gözəllik salonunda işləyən bu iki gənc qız, xanımların kaprizindən, bitmək bilməyən istəklərindən o qədər bezirlər ki, əsəblərini korlamamaq üçün kişi salonunda işləməyə qərar verirlər.
İlk günlər bu vəziyyətə öyrəşmək müştərilər üçün heç də asan olmayıb. Lakin indi hər kəs onların işindən, bacarığından məmnun görünür.
Bərbər xanımlar deyir ki, hansı işi gördüyündən asılı olmayaraq əsas olan, onu sevərək yerinə yetirməkdir. Bu zaman işin çətinliyi insanı qorxutmur./atv
7news.az








