Bu ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən 7news.Az-a verilən xəbərə görə, hesabat dövründə ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsilə xərcləmələrində artım müşahidə edilib.
Cari ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 107,3 milyon manat təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 16% artıb.
7news.Az








