"Qırmızı Körpü" gömrük postunda azərbaycanlı vətəndaşın avtomobilində 74 ədəd mobil telefon və aksesuarları aşkar edilib.
Dövlət Gömrük Komitəsindən 7News.Az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz 190" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama nəticəsində nəqliyyat vasitəsinin arxa buferinin və salonun qabaq oturacaqlarının içərisində gizlədilmiş 145 ədəd yükləyici, 22 ədəd "X-İnova", 27 ədəd "X-PO", 5 ədəd "W-fide" və 20 ədəd "Odscn" markalı mobil telefonlar aşkar edilib.
7News.Az








